Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

Baxılıb: 465     Tarix: 31-10-2023 12:02   

Bu gündən "ASAN Xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.
"Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq", - icma sədri vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2