"Qərbi azərbaycanlılara beynəlxalq qaçqın statusu verilməlidir" - DEPUTAT
Baxılıb: 396 Tarix: 31-10-2023 14:25
Tarixə nəzər salsaq, 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycanda soydaşlarımıza qarşı soyqırımı siyasəti başlanıb. 19-cu əsrdə bölgədəki türk adları erməni adları ilə əvəz olunmağa başladı. Azərbaycanlılara məxsus yaşayış məntəqələrinin bir qismi ermənilərə verilərək bəzi yaşayış məntəqələri yer üzündən silindi. Deportasiya prosesi müəyyən məqsədlə həyata keçirilirdi. 1988-1991-ci illərdə Ermənistandan 300 minə yaxın azərbaycanlı deportasiya edilib. Əslində bu deportasiya deyil, etnik soyqırımıdır. Bu məlumatları dünya ictimaiyyətinə çatdırmaq əsas hədəfimizdir. Bu baxımdan Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımıza qaçqın statusu verilərək imtiyazlarda onlara aid edilə bilərmi?
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatl Aydın Hüseynov bildirib ki, torpaqlarımız artıq işğaldan azad olundu. Məcburi köçkünlərimiz artıq öz ata-baba yurdlarına qayıdır. Torpaqlarımız azad olunduqdan sonra müəyyən müddətə onlara verilən imtiyazlar təbii olaraq azaldılmalıdır:
" Qərbi Azərbaycandan didərgin düşən, anadan olan şəxslər məcburi şəkildə repressiya olunub. Zorla ermənilər tərəfindən çıxarılıblar. Hesab edirəm ki, onlarda beynəlxalq hüquq normalarına uyğun olaraq hər hansı bir statusa malik olmalıdırlar. Çünki soydaşlarımız əsrlər boyu yaşadıqları ərazidən güclə qovuldular. Ermənilərin özü çox gözəl bilir ki, Göyçədən, Dərələyəzdən, Zəngəzurdan, qərbi Azərbaycanın bütün torpaqlarından 88-89-cu illərdə hər şeyi əllərindən alaraq qovublar. Bu faktdır. Özüdə uzaq tarixdə deyil. Fevral ayından başlayaraq 1 il ərzində bir çox soydaşlarımızı öldürdülər. Yəni vandalizm ilə yox etdilər. Beynəlxalq qaçqın statusu verilməli və imtiyazlar tətbiq olunmalıdır. Bu baxımdan beynəlxalq status tətbiq edilməlidir. Onların hüquqları var ki, əsrlərlə yaşadıqları torpaqlara geri qayıtsınlar. Bu onların mənəvi və hüquqi haqqıdır".
Xatırladırıq ki, dünya ictimaiyyəti son 200 ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən xəbərdar olmalıdır. Xalqımız nəinki didərgin düşüb, əsrlər boyu qurub-yaratdığımız mədəni irsimiz də məhv edilib. Bütün bunlara görə, Ermənistan rəhbərliyi məsuliyyəti daşımalıdır. Qərbi soydaşlarımızın hüquqlarının bərpası və günahkarların cəzalandırılması üçün əlimizdən gələni edəcəyik.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər