Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edir.

Baxılıb: 867     Tarix: 03-11-2023 11:45   

Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi davam etdirilir.
Qanunvehedef.az-ın xəbərinə görə, bu gün layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Toplantıda deputatlar, hökumət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Milli Məclisdə büdcə müzakirələri noyabrın 2-də başlayıb.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking