Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şahdağa qar yağıb- Hava durumu

Baxılıb: 628     Tarix: 04-11-2023 09:44   

Noyabrın 4-ü saat 9:00-a olan məlumatına əsasən 03-də axşam, 04-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.
Duman Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Qanunvehedef.az



{sape_links}{sape_article}