Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq

Baxılıb: 601     Tarix: 04-11-2023 11:12   

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
“Report” xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.
Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/