İqlim dəyişikliyinin meşələrə təsiri
Baxılıb: 471 Tarix: 16-11-2023 10:37
“Planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyi digər sahələrdə olduğu kimi, meşə ekosistemlərinə də təsirsiz ötüşmür. Bu təsirlər özünü tez və ya da gec göstərə bilir. Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez göstərir. Xüsusən də uzun sürən quraqlıqlar ağacların zəifləməsinə və nəticədə zərərverici həşəratların ciddi mənfi təsirinə məruz qalmasına səbəb olub”.
Qanunvehedef.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, iqlim dəyişiklikləri meşə biomüxtəlifliyinə də ciddi təsir göstərir. Ağacların fenoloji xüsusiyyətlərində, növ tərkibində, əsas meşə əmələgətirən cinslərin hündürlük zonaları üzrə yayılmasında, areallarında bu fərqlər müşahidə olunur. Qiymətli cinslərin daha az qiymətli cinslərlə əvəz olunması prosesi sürətlənir, təbii bərpa zəifləyir, beləliklə meşələrin kəmiyyət və keyfiyyət göstəriciləri dəyişərək məhsuldarlığı azalır.
“İqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşələrin bərpası, yeni yaşıllıqların salınmasıdır ki, buna nail olmaq üçün ölkəmizdə irimiqyaslı ağacəkmə aksiyaları keçirilir, yaşıllıq sahələri genişləndirilir”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər