Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müharibə veteranlarına verilən təqaüd artırıla bilər - RƏSMİ AÇIQLAMA

Baxılıb: 691     Tarix: 17-11-2023 14:33   

"Son dörd il ərzində, demək olar ki, hər il aparılan islahatlar çərçivəsində həm minimum əməkhaqqının, həm minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri artırılıb. Bu məsələ müntəzəm şəkildə həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyində müzakirə olunur".
Qanunvehedef.az "Trend"ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O qeyd edib ki, hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır.
"İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır.
Amma yenə də biz kommunal xərclərlə bunun müqayisəsini aparmaq istəsək, Dövlət Statistika Komitəsinin 2022-ci il statistik məlumatına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib ki, hazırkı təqaüdün məbləği də qeyd edilən xərci 33 faiz üstələyir", - deyə o qeyd edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking