Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçiriləcək

Baxılıb: 727     Tarix: 23-11-2023 12:15   

Noyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı keçiriləcək.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində baş tutacaq.
Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsidir.
Yarışda Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edəcək.
İntellektual mübarizədə iştirakçılar “Yol hərəkəti qaydalarının tarixi”, “Avtomobillərin tarixi”, “Yol hərəkətinin iştirakçıları”, “Nəqliyyat vasitələri”, “Piyadalar və velosipedçilər”, “Avtomobillərin quruluşu və təchizatı”, “Yol nişanları” və digər mövzulara dair sualları cavablandıracaqlar.
Yarışın üç turunun yekununa əsasən münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar