Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakı metrosunda qiymət artırılır? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 406     Tarix: 06-12-2023 12:17   
 
Son günlər Bakı Metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.
Qanunvehedef.az xəbər verir ki, məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.
Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropolitenin səlahiyyətinin xaricində olan məsələdir:
"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".
Qeyd edək ki, ötən günlərdə "Bakı Metropoliteni" QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar