Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda 3 xüsusi təinatlı hərbi kollec yaradılır

Baxılıb: 571     Tarix: 14-12-2023 14:35   

Azərbaycanda 3 xüsusi təinatlı hərbi kollec yaradılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanında öz əksini tapıb.
Fərmana görə, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır.

Qanunvehedef.azшаблоны для dle 11.2