Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı

Baxılıb: 566     Tarix: 22-12-2023 13:10   

“Böyük məmnuniyyət hissi ilə bildiririk ki, SOCAR AQŞ-nin törəmə şirkəti SOCAR AQŞ «Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş» (SOCAR AQŞ Türkiyə) Türkiyənin ən böyük özəl neft və qaz operatorlarından biri olan Çalık Petroleum şirkəti ilə daha bir mühüm müqavilə imzalanıb”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə SOCAR AQŞ məlumat yayıb.
Müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” Türkiyənin Diyarbəkir vilayətində quruda yerləşən beş neft quyusunun təhlükəsiz və səmərəli şəkildə tamamlanması üçün qazma xidmətlərini təmin edəcək.
“SOCAR AQŞ Türkiyə” səmərəliliyin artırılması və səs-küy səviyyəsinin azaldılması kimi xüsusiyyətlər daxil olmaqla, ənənəvi qazma qurğuları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malik innovativ HH300 hidravlik qazma qurğusunu Türkiyədə ilk dəfə olaraq istifadə edəcək.
SOCAR AQŞ-nin baş direktoru Samir Mollayev bunları qeyd edib: “Müştəri bazamızın şaxələndirilməsi Korporativ İnkişaf Strategiyamıza uyğundur. Bu yeni müqaviləni Türkiyədə imzalamaqla, işimizə olan öhdəliyimiz, innovativliyə olan yanaşmamız və daim mükəmməllik axtarışımız sayəsində uğur qazanacağımızı bilərək, qarşıdakı imkanları və çətinlikləri qəbul edirik”.
“Biz böyük məmnuniyyətlə Çalık Petroleum ilə tərəfdaşlıq edirik və əminik ki, təcrübəmiz bu müqavilə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər üçün təminat rolu oynayacaq”, - deyə “SOCAR AQŞ Türkiyə”nin ölkə üzrə meneceri Famil Xələfov bildirib.
SOCAR AQŞ 2019-cu ildən bəri Türkiyədə qazma layihələri həyata keçirir və Türkiyə Respublikasının dövlət neft şirkəti olan “Turkish Petroleum Corporation” (TPAO) ilə imzalanmış son razılaşmalardan biri çərçivəsində daha dörd neft quyusu qazılacaq. SOCAR AQŞ, həmçinin Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsinə davam edir.
“Mükəmməllik, təhlükəsizlik və dayanıqlılıq kimi məqsədlərə daim sadiq olmaqla, SOCAR AQŞ regionda və qlobal miqyasda qazma və quyu xidmətlərinin aparıcı təchizatçısı kimi öz mövqeyini möhkəmləndirməyi hədəfləyir”, - məlumatda qeyd olunur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar