Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Milli QHT Forumunun regional forumları başlayı

Baxılıb: 660     Tarix: 25-12-2023 09:52   

Bu gündən etibarən Azərbaycan Milli QHT Forumunun regional forumları başlayır.
Qanunvehedef.az “Report”a istinadən xəbər verir ki, ilk belə tədbir bu gün Lənkəran şəhərində keçiriləcək.
Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri foruma toplaşacaq. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir.
Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-nədək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.
Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}