Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycanda təqaüdlərin verilməsi gecikir? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 718     Tarix: 25-12-2023 12:26   

Azərbaycanda sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.
Bildirilib ki, hər ayın 22-si verilən sosial müavinətlər və təqaüdlər bu ayın 25-i olmağına baxmayaraq hələ də ödənilməyib.
İddialara görə, bu hal ötən ay da yaşanıb və təqaüdlər deyildiyi, həmçinin daha əvvəl ödənildiyi vaxtdan gec - ayın 28-i verilib.
Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, burada gecikmədən söhbət belə gedə bilməz:
"Ümumiyyətlə hər ödənişin aylara görə öz qrafiki var. Hər ay bu qrafik öncədən müəyyənləşir və ay bitmədən ödənişlər həyata keçirilir. Burada gecikmədən söhbət belə gedə bilməz. Budəfəki sosial ödənişlər barədə əvvəlcədən məlumat veriləcək".

Qanunvehedef.azшаблоны для dle 11.2