Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

DYP-dən moped sürücülərinə XƏBƏRDARLIQ - FOTO

Baxılıb: 175     Tarix: 28-12-2023 12:54   

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə xəbərdarlığında deyilir.
Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır:
"Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir".

Qanunvehedef.az



{sape_links}{sape_article}