Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Paytaxtda yeraltı anbarlar tikiləcək

Baxılıb: 407     Tarix: 08-01-2024 10:18   

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.
Qanunvehedef.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:
• Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması
• İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;
Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;
Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;
Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;
Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;
Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar