Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər" - DEPUTAT

Baxılıb: 422     Tarix: 08-01-2024 12:04   

" Ermənistana havadarlarlıq edən bəzi ölkələr və təşkilatlar hələ də Azərbaycanın "Dağlıq Qarabağ" problemini öz gücünə həll etməsi ilə barışa bilmir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, artıq Ermənistan məğlubiyyəti ilə barışıb:
"Bu gün danışıqlar masasınnda yalnız Azərbaycan tərəfinin şərtləri müzakirə olunur. Ermənistana havadarlarlıq edən bəzi ölkələr və təşkilatlar hələ də Azərbaycanın "Dağlıq Qarabağ" problemini öz gücünə həll etməsi barışa bilmir. Ona görə də müxtəlif sərsəm açıqlamalar və bəyanatlarla ürək bulandırmağa davam edirlər. Məqsəd də məlumdur. Bəzi ölkələr regionda sabitliyin və əminamanlığın olmasını istəmir. Məhz buna görə də müxtəlif təxribatlarla sülh prosesini ləngitməyə çalışırlar".
Deputat vurğulayıb ki, vasitəçi olmadan da Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmalar mümkündür:
"30 il ərzində İlk dəfə Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş naziri Aparatının birgə rəsmi razılığı baş tutdu. Əsirlərin qarşılıqlı mübadiləsi zamanı da bunun şahidi olduq. Ermənistan Azərbaycanın xeyrinə Cop29 ev sahibliyinə namizədliyini geri götürdü. Artıq Ermənistan da yaxşı anlayır ki, Azərbaycan öz torpaqlarında suverenliyini bərpa edib. Bu addımlar sülh sazişinin tezliklə imzalanacağına dair ümidləri daha da artırdı. Qarşıdakı mərhələdə bu təcrübənin davam etdirilməsi daha məqsədəuyğun olardı. Qaldı ki, sülh sazişinin nə zaman imzalanmasına. Düşünürəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şahid olacağıq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar