Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Baxılıb: 568     Tarix: 12-01-2024 11:55   

Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.
Qeyd edək ki, "Magistr" jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən "QR" kodu "skan" etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirmək mümkündür.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking