Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu imiş - TƏFƏRRÜAT

Baxılıb: 529     Tarix: 15-01-2024 10:45   

Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qanunvehedef.az "unikal"a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir.
Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar