Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda bu il dağıdıcı zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 532     Tarix: 24-01-2024 14:21   

"Zəlzələnin baş verəcəyi barədə məlumatı havadan vermək olmaz. Bunun üçün elmi tədqiqatlar aparılmalıdır".
Bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayevin 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcəyi barədə açıqlamasına münasibət bildirən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, zəlzələnin baş verəcəyini demək üçün "GPS" avadanlıqları ilə iş aparılmalıdır.
"Bunun üçün parametrlər var. Zəlzələlərlə bağlı "GPS" avadanlıqlar ilə işlər aparılır. Blokların hərəkətləri, sürətləri, istiqamətləri,dərəcələri, ağırlıq qüvvəsinin harada necə dəyişməsi öyrənilir. Həmçinin kimyəvi tədqiqatlarda qurunt suları, dərin quyu sularının hidroloji, makro və mikro komponentlərin dəyişməsi, suyun tərkibində radioktiv elementlərin, qazların dəyişməsi seysmik aktivlik dəyərləndirilməli, sürət modelləri qurulmalıdır.
Zəlzələ həmişə baş verə bilər. Çünki, yerdaxili geomaqnit proseslər gedir. Bu təbii prosesdir. Kosmogen əlamətlər, günəşdə aktivlik olanda da bu şüalanma yerə təsir edir. Qabarma-çəkilmə prosesləri belə buna təsirini göstərirr. Gərək zəlzələ olacağı barədə proqnoz verdikdə sadaladığım bu proseslərdən hansı parametrlərə görə dediyini əsaslandırasan" deyə Qurban Yetirmişli bildirib.
Baş direktor onu da bildirib ki, hansı sahədə gərginlik toplandığı üçün parametrlərə baxılmalıdır.
Qurban Yetirmişli həmçinin zəlzələ baş verdikdən sonra ictimaiyyətə verilən açıqlamalara görə də məsuliyyət daşıdığını söyləyib: "Biz zəlzələdən sonra mətbuata açıqlama veririk ki, insanlar evlərinə qayıtsınlar. Bu sözləri boşuna, havadan demirik. Bunu hesablama əsasında söyləyirik.
Hesablayırıq ki, zəlzələ baş verdikdən sonra nə qədər enerji ayrılıb. Bundan sonra qalan enerjinin gücünü dəyərləndirərək zəlzələnin yenidən baş verib-verməyəcəyi barədə açıqlama veririk. Buna görə biz arxayınlıqla insanları evlərinə qayıtmağa səsləyirik. Bu sözü deyəndə məsuliyyətini də dərk edirik. Biz elmi əsaslara arxayınlaşaraq bunu deyirik. Yoxsa, camaatı evinə qaytarıb bunun məsuliyyətini üzərimizə götürmərik. Çox təəssüf ki, bəzi şəxslər reytinq xətrinə nağıl danışırlar. Havadan danışaraq boş-boşuna zəlzələ açıqlaması vermək olmaz!".
Q.Babayev isə Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü tektonik və seysmik aktivliyin davam edəcəyi barədə fikirləri hesabatların nəticələrinə əsaslanır.
O, bildirib ki, hesablamaların təhlili əsasında, qırılmaların mövcudluğu, öncədən sınaq zəlzələlərin qurulması əsasında tərtib etdiyi xəritələrlə göstərir ki, bu il seysmik aktivlik yüksək olacaq: "Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək".
Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək.
Qeyd edək ki, yanvarın 19-u Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar