Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

16 dərəcəyədək şaxta müşahidə olunur - Faktiki hava

Baxılıb: 487     Tarix: 25-01-2024 10:44   

Ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qar örtüyünün hündürlüyü Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta), Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub.
Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar