Azərbaycanda alimentin məbləği 300 manata qaldırılır? - AÇIQLAMA
Baxılıb: 610 Tarix: 29-01-2024 12:17
Aliment məsələsi Azərbaycanda daim müzakirə mövzüsü olub. Eyni zamanda, aliment fondunun yaradılması ilə bağlı məsələlər tez-tez gündəmə gəlib. Bəs Azərbaycanda alimentin məbləği 300 manata qədər artırıla bilər?
Məsələ ilə bağlı, iqtisadçı ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, aliment ilə bağlı qaydalar Ailə Məcəlləsində müəyyənləşdirilib.
"Alimenti kişi verməlidir anlayışı yoxdur. Qadın da və kişi də verə bilər. Boşanmadan sonra bir uşaq varsa, aliment ödəyən şəxsin gəlirlərinin 25, iki uşaq varsa 33, 3 və daha çox uşaq varsa 50 faizidək aliment ödəməlidir. 50 faiz maksimal həddir. Görünür ki, gəlirlər indeksasiya edildi. Bu da o deməkdir ki, aliment ödəyən şəxsin maaşı çoxdursa, daha çox ödəniş edəcək. Əgər şəxs 10 min qazanırsa, 3 və daha artıq uşağı varsa 5 min manat ödəyəcək. Burada hökümət məbləğə bir məhdudiyyət qoymayıb.
Ekspertin sözlərinə görə, şəxsin stabil gəlirləri və rəsmi iş yeri yoxdursa, bu halda məhkəmə sabit məbləğ müəyyənləşdirə bilər və onun səlahiyyətindədir:
"Məhkəmə məbləği təyin edəndə müxtəlif məsələlərə baxır. Görüş var ki, valideynin birinin gəlirləri azdır, problemlidir. Ən azından məbləği uşaqların yaşayış minimumu qədər təyin edir. Bu ən aşağı məbləğdir və o demək deyil ki, məhkəmə yuxarı təyin edə bilməyəcək. Dediimiz bu rəqəmləri məkhəmə müəyyənləşdirir. Əgər uşağın yaşayış minimumu 300 manata qalxsa, o zamanda həmin məbləğ qədər aliment ödəniləcək. Amma hazırda 2024-cü il qüvvədə olan "Yaşayış minimumu haqqında" qanunda məbləğ 235 manatdır. Eyni zamanda, yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər