Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Baxılıb: 736     Tarix: 30-01-2024 13:05   

İqtisadiyyatda pulun miqdarı ümumi aktivlərə bərabər olmalıdır. İnflyasiyanın yüksək olduğu ölkələrdə pul kütləsi bazardakı ümumi aktivlərdən xeyli yüksəkdir. İqtisadiyyatı sağlam olan ölkə normal şəraitdə milli valyutasının digər valyutalar qarşısında dəyər itirməsini istəməz. Bununla belə, bəzi vəziyyətlər iqtisadiyyatın bərpası üçün devalvasiyanı zəruri edə bilər. Azərbaycanda devalvasiya ən çox verilən suallar arasındadır. Bəs Azərbaycanda devalvasiya gözlənilir?
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:
Belə bir gözlənti yoxdur. Çünki dünyada neftin qiyməti sabitdir. Aşağı düşməsi gözlənilmir. Azərbaycanın valyuta ehtiyatları var. Neftin qiyməti hesabına illərlə toplanmış valyuta ehtiyatlarımız var. Bunun hesabına devalvasiya təhlükəsi yoxdur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar