Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda ötən il 881 hektar torpaq sahəsinin təyinatı dəyişdirilib

Baxılıb: 752     Tarix: 30-01-2024 13:45   

2023-cü ildə Azərbaycanda 22 rayon üzrə 54 müraciət əsasında 2,7 min hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
"Report" xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, ötən il 19 rayon üzrə 42 müraciət əsasında 881,2 hektar torpaq sahəsinin kateqoriyası və məqsədli istifadə təyinatı dəyişdirilib.
Bundan başqa, M.Eynullayev deyib ki, il ərzində 40 rayon üzrə 395 müraciət əsasında 48 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə razılıq verilib, 34 rayon üzrə 243 müraciət əsasında 5,5 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə verilməsinə müsbət rəy verilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar