Ucaldar ,yaşadar,bu el şairi - Qəni Hüseynov
Baxılıb: 1 014 Tarix: 21-07-2025 13:50
Qəni Hüseynov
Rövşən Qarabudağın doğum gününə həsir edirəm!
Məhəbbət şairi,bir yurd şairi,
İlhama gətirir , inam şairi,
Beyləqan elinin gözəl şairi,
Ucaldar, yaşadar, bu el şairi.!
Eşqini yoğurur ,göydə mələklər,
Hasil olacaqdı bütün diləklər,
Sən haqq şairisən ,haqqı görərlər,
Ucaldar, yaşadar, bu el şairi.!
Başın ucalacaq Qoşqar,Murova,
Sacların bənzəyir, bəyaz qırova,
Dönübdü yurdumuz cənnət,alova,
Ucaldar,yaşadar, bu el şairi.!
Mübarək yaşını təbrik edillər,
Bu gənc nəsillərdə səni sevirlər,
Adına görəssən Xalq şairi deyillər.?
Təbrik də eyləyir, bu el şairi.!
Qəni də baş əyir duza,çörəyə,
Həmeşə borcludu haqqı deməyə,
Sədaqət,ehtibar,halal əməyə,
Qocalsa yaşadar, bu el şairi.!
20. 07. 2025

Rövşən Qarabudağ
Ən çox oxunanlar
Son xəbərlər