Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nikol Paşinyan Paşinyan Zəngəzur dəhlizinin idarəçiliyinin özəl şirkətə verilməsini istisna etmir

Baxılıb: 759     Tarix: 16-07-2025 14:35   

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünik vasitəsilə (Zəngəzur dəhlizi - red.) gedən yolun idarəçiliyinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, idarəetmə səlahiyyətlərinin verilməsi məsələsində hazırda Ermənistanda artıq bir neçə oxşar hal var: “Məsələn, Zvartnots Hava Limanının idarə olunması belədir. Düşünmürəm ki, burada Ermənistanın ərazi bütövlüyü hər hansı şəkildə pozulub. Bu, Ermənistanın su təchizatı sistemi, dəmir yolları və s. idarə olunmasına da aiddir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistana məxsusdur.
Biz, məsələn, sərmayələri cəlb edəcək müəyyən şirkətin yaradılmasını müzakirə edirik. Bütün bu iqtisadiyyatı yaratmaq və idarə etmək lazımdır. Bu, Ermənistanın mülkiyyəti ola bilər. Mən təəccüblənirəm ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin bərpasını faciə kimi təqdim etməyə çalışırlar. Ermənistan yuxarıdakı prinsipləri nəzərə alaraq ən cəlbedici şərtləri təklif edən tranzit ölkə olmaq istəyir və buna hazırdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl “Middle East Eye”da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar