Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ölkədə gecə reyslərinə yeni istiqamətlər əlavə olunub - FOTO

Baxılıb: 467     Tarix: 10-10-2019 12:52   

Gecə reyslərinə yeni istiqamətlər əlavə olunub.
Bu barədə Qanunvehedef.az-a Bakı Beynəlxaq Avtovağzal Kompleksindən (BBAK) bildiriblər. Qeyd olunur ki, 18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.Qeyd olunan yeni reyslərin vaxtı isə belədir:
Bakı - Mingəçevir - 23:30,
Mingəçevir - Bakı - 01:00,
Bakı - Şəki - 23:30,
Şəki - Bakı - 23:30.
Biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda "avtovagzal.az" saytı və ya mobil tətbiq üzərindən "onlayn" qaydada əldə edə bilərlər.
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən "Neoplan" markalı avtobuslarla həyata keçirilir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar