İsrailin baş naziri Netanyahu təşvişə DÜŞDÜ - Tezliklə həbs OLUNA BİLƏR
Baxılıb: 814 Tarix: 26-04-2024 11:23
İsrailin baş naziri Benyamin Netanyahu həbs oluna bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə israil mediası məlumat yayıb. İsrail mediasının məlumatına görə, hökumət Netanyahu da daxil olmaqla üç nəfər beynəlxalq həbsi haqqında qərar verilməsindən narahatdır.
İsraildə yayımlanan "Kanal 13"-də verilən məlumatda: "Milli Təhlükəsizlik Şurasında yaxın günlərdə İsraildə yüksək səviyyəli məmurlara qarşı beynəlxalq həbs qərarının verilməsi ehtimalı ilə bağlı gizli iclas keçirildi"yi bildirib
İsraildə yüksək səviyyəli rəsmilərin əldə etdiyi məlumata görə, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin Netanyahu, müdafiə naziri Qalan və Baş Qərargah rəisi Halevi haqqında qərar verə bilər.
Sözegedən iclasda BƏM-n Netanyahu haqqında həbs qərarı verəcəyi təqdirə İsrailin təxirəsalınmaz tədbirlər görəcəyi irəli sürülüb. Eyni zamanda BƏM-in həbs qərarına qarşı siyasi kampaniyaların başladılacağı qeyd olunub. Eyni zamanda məhkəmənin qərarının qarşısını almaq məqsədilə Hollandiya, Çexiya və Avstriyadan olan həmkarları ilə görüşəcəyi bildirilir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər