Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədən evləri dağıdılan vətəndaşlarımıza dəstək

Baxılıb: 585     Tarix: 13-10-2020 16:05   

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərməkdə davam edir.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu cəmiyyətin nümayəndəsi Osman Barış Diker bildirib.
O qeyd edib ki, Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınıkın təlimatı ilə 4 gün əvvəl Ankaradan Bakıya yola düşüblər:
“Bu gün isə qardaş ölkə Azərbaycana gəlib çatdıq. Hazırda içərisində yardım vasitələri olan 4 qoşqulu yük maşını (TIR) və digər avtomobillə Bakıya gedirik. Yardıma 250 ədəd ailə çadırı, 500 ədəd yataq dəsti, 3 min ədəd yorğan və 288 ədəd mətbəxt dəsti daxildir”.
Nümayəndənin sözlərinə görə, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycana yadımlar davam edir.
Qeyd edək ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərərindən bir neçə gün əvvəl də qardaş ölkədən Azərbaycana bir neçə TIR vasitəsi ilə yardımlar gətirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar