Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İran Azərbaycanla ticarətin inkişafı komitəsinə sədr seçdi

Baxılıb: 518     Tarix: 02-02-2021 13:49   

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi İranın Azərbaycanla Ticarət İnkişafı Komitəsinin sədri təyin olunub.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, qərara əsasən, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan vilayətlərinin valiləri, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası, İranın Kooperasiya Palatası, qeyd olunan vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatları və digər əlaqədar qurumlar Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında aktiv iştirak etmək istiqamətində lazımi icra proqramını tənzimləyəcəklər.
Qərarda əlavə olunub ki, qonşu ölkələrlə əməkdaşlıqların yüksəldilməsi, qeyri-neft ixracının artırılması üçün Cənubi Qafqazda yaranan imkanlardan maksimum istifadə edilməlidir.
Qərarda bildirilib ki, hazırlanan planlar barədə mütəmadi şəkildə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə məlumat veriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar