Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Baxılıb: 627     Tarix: 25-04-2024 11:47   

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub.
Qanunvehedef.az axar.az-a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.
İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq - red.) göstərib. O, xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.
Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.
Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar