Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şəhidimiz Əkbər Quliyevin nəşi dəfn olunmaq üçün Bakıya gətirilir - FOTOLAR

Baxılıb: 325     Tarix: 16-02-2021 13:30   

44 günlük Vətən müharibəsində itkin düşən və sonradan şəhid olduğu dəqiqləşən daha bir hərbi qulluqçunun meyiti tapılıb. Xəbər verilir ki, kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.
Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də səfərbərliklə təkrar orduya çağırılıb, təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilirdi. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub. Onun meyitinin cəbhənin hansı istiqamətindən tapıldığı göstərilmir.




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar