Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda nüfuzlu tədbir başladı: 37 ölkə iştirak edir

Baxılıb: 331     Tarix: 05-08-2019 13:17   
ADA Universitetində ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, universitetin prorektoru Fariz İsmayılzadə IOI-ın dünya üzrə keçirilən 5 əsas fənn olimpiadalarından biri olduğunu deyib:
“Olimpiadanın keçirilməsinin təşəbbüskarı UNESCO-dur. İlk dəfə 1989-cu ildə Bolqarıstanda keçirilib. Beləliklə, biz bu il IOI-un 30 illiyini qeyd edirik. Olimpiada 2018-ci ildə Yaponiyada, 2017-ci ildə İranda, daha əvvəlki illərdə Rusiyada, Qazaxıstanda keçirilib. Azərbaycan 1994-cü ildən olimpiadada iştirak edir. İndiyədək 55 məktəbli iştirak edib. Ötən il Yaponiyada olimpiadanın bayrağı rəsmən Azərbaycana təhvil verilib”.
F.İsmayılzadə bildirib ki, olimpiadanın keçirilməsi üçün baş nazir Novruz Məmmədov tərəfindən Təşkilat Komitəsi yaradılıb:
“Fevral ayından etibarən yarışın keçirilməsi üçün intensiv işlərə başlanılıb. 335 iştirakçı üçün individual masalar hazırlanıb. Artıq medallar da hazırdır. Bu gün rəsmi açılışdır. Sabah olimpiadanın birinci günüdür. Ümumilikdə, olimpiadada 800-ə yaxın şəxs iştirak edəcək. Ümid edirik ki, azərbaycanlı iştirakçılar da qalib olacaqlar”.
Mətbuat konfransda çıxış edən təhsil naziri, “IOI 2019”-un keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov avqustun 4-dən start götürən və ayın 11-dək davam edəcək informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən olduğunu vurğulayıb:
“Beynəlxalq İnformatika Olimpiadası ADA Universitetinin təşkilatçılığı, təhsil və rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirliyinin dəstəyi ilə keçirilir. Əgər 1989-cu ildə keçirilən ilk olimpiadada 13 ölkə iştirak etmişdisə, budəfəki olimpiadada 37 ölkə iştirak edir, 1 ölkə isə müşahidəçi qismində qatılıb. Bu, çox böyük bir elm yarışmasıdır”.
Ceyhun Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.
ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib:
“2013-cü ildə universitetimizdə informatika texnologiyaları üzrə fakültə yaradılıb. Onun məzunları hazırda “Microsoft”, “Google” kimi şirkətlərdə çalışırlar. Mənim üçün çox vacibdir ki, Azərbaycan üçün belə mütəxəssislər yetişdirək. Çox ümid verən məktəblilərdir. Mən onların gözlərində işıq görürəm. İstəyim odur ki, bura məktəblərdən gələn şagirdlər daha hazırlıqlı gəlsinlər. Bu olimpiadanın böyük təsiri olacaq. Şagirdlər, tələbələr bu olimpiadanı izləyəcəklər. ADA Universiteti bu sahəni genişləndirmək və inkişaf etdirmək niyyətindədir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar