Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

NATO Rusiyanın İdlibdə həyata keçirdiyi hücumları pisləyib

Baxılıb: 785     Tarix: 28-02-2020 12:06   

NATO baş katibi Yens Stoltenberq Bəşər Əsəd rejimi və ona dəstək verən Rusiyanın İdlibdə həyata keçirdiyi hücumları pisləyib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun sözçüsü Oana Lungescu bildirib.
NATO sözçüsü baş katib Y.Stoltenberqin hücumları dayandırmağa çağırış etdiyini qeyd edib.
“NATO baş katibi Suriya rejimini və onu dəstəkləyən Rusiyanı beynəlxalq hüquqa riayət etməyə və BMT-nin sülh səylərini dəstəkləməyə çağırır. Gərginliyi aradan qaldırmaqla, bütün tərəflər bu təhlükəli situasiyanın və bölgədəki humanitar vəziyyətin pisləşməsinin qarşısını almalıdır”, - deyə Oana Lungescu qeyd edib.
Qeyd edək ki, bu gün NATO-nun Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.
Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar