Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukrayna parlamenti Xocalı soyqırımının tanınması məsələsinə baxacaq

Baxılıb: 595     Tarix: 18-02-2020 15:53   

Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Bu barədə “Report”a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.
H.Cavadov qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıb və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir.
“Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.
Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə dünya ictimaiyyətinə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində ölkələrimiz arasındakı dəstək və həmrəyliyi göstərəcək”, - H.Cavadov söyləyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar