Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistan bu ərazilərdən tam çıxmalıdır - Yaponiya saytı

Baxılıb: 563     Tarix: 01-10-2020 15:17   

Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.
Qanunvehedef.az xəbər verir ki, yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.
Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.
Yazıda həmin torpaqların tarixi Azərbaycan əraziləri olması xüsusi qeyd edilir.
Məqalədə münaqişənin tarixinə də toxunulur. Bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bu regionunda indi yalnız ermənilər yaşayırlar. Bu torpaqların azərbaycanlı sakinləri ya məhv edilib, ya da oradan qovulublar. İşğal olunmuş ərazilərdə yaradılan dırnaqarası “Dağlıq Qarabağ respublikası” isə heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmayıb.
Yazıda Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxlaması barədə məlumatlar da yer alıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar