Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın PUA-ları alman ordusunu şok etdi

Baxılıb: 283     Tarix: 09-04-2021 11:50   
Almaniyanın “Frankfurt Allgemeine Zeitung” (FAZ) nəşri Azərbaycanın istifadə etdiyi Türkiyə və İsrail PUA-ları tərəfindən 190-dan çox erməni tankı və zirehli texnikasının məhv edilməsinin alman ordusunda şoka səbəb olduğunu yazıb.
Qanunvehedef.az xəbər verir ki, FAZ-ın məqaləsində Almaniya Müdafiə Nazirliyinin ordunun hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda yetərli olmadığını etiraf etdiyi vurğulanıb. Müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sisteminin tamamilə yenidən qurulması üçün bəzi təkliflər hazırladığı qeyd edilib.
Almaniyanın 2013-cü ildə hava hücumundan müdafiə sisteminə ehtiyac duymadığı üçün heç bir modernləşmədən keçmədiyi bildirilib.
“PUA-lar 190-dan çox erməni tankını və zirehli texnikasını məhv edib. Hücumlara qarşı həssas olan erməni əsgərləri ruhdan düşüblər. Bu xəbər alman ordusunu şoka salıb”, - məqalədə bildirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar