Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda vəkillərin sayı açıqlanıb

Baxılıb: 505     Tarix: 25-04-2024 11:08   

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib".
Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.
O bildirib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: "Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb".
"Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək", - sədr qeyd edib.

Qanunvehedef.azшаблоны для dle 11.2