Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlılar cərimələnir

Baxılıb: 630     Tarix: 11-08-2019 16:45   

Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.
Bu barədə “Report”un Rusiya bürosuna bazada çalışan həmyerlilərimiz məlumat veriblər.
“Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən “Bakı” restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir”- , adının açıqlanmasını istəməyən soydaşımız deyib.
Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: “Biz bazanı tərk edə bilmirik. Çünki, bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin”
Mövzu ilə bağlı “Fuf-siti” meyvə tərəvəz bazasının mövqeyini öyrənməyə çalışsaq da bu gün istirahət günü olduğundan suallarımız cavabsız qaldı və birinci gün əlaqə saxlamağımızı tövsiyə etdilər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar