Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DİN-dən silahlı insidentlə bağlı MƏLUMAT

Baxılıb: 659     Tarix: 06-12-2019 12:49   

Daxili İşlər Nazirliyi Ağdamda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Qanunvehedef.az xəbər verir ki, dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub.
Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib. 
Ağdam rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 
Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hadisə borc üstündə yaranan mübahisə zəminində baş verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar