Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü

Baxılıb: 606     Tarix: 17-02-2020 13:37   

Rusiyada azərbaycanlı tələbə Cəmil Verdiyev intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, 21 yaşlı gənc Moskva Ali İqtisad Məktəbinin II kursunda oxuyurmuş.

Yaxınlarının məlumatına görə, o, özünü 11-ci mərtəbədən ataraq həyatına son qoyub.
Bildirilir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda Cəmil Verdiyevin özünü yataqxananın balkonundan atmazdan öncə telefonla danışdığı məlum olub. Ekspertizanın ilkin rəyinə əsasən, onun qanında spirt və narkotik maddə aşkar edilməyib.
Baş vermiş faciəvi hadisədən xəbər tutan Cəmilin babası Bakıdan Rusiyaya uçmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına gedib, lakin aeroportda ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, C. Verdiyevin fevralın 13-də 21 yaşı tamam olub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar