Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şevçenko "Milan"a qayıdır?

Baxılıb: 581     Tarix: 02-10-2019 14:12   

Son illər uğursuz çıxışları ilə yadda qalan "Milan" baş məşqçi vəzifəsinə əfsanəvi futbolçusu Andrey Şevçenkonu gətirə bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hazırda Ukrayna millisini çalışdıran veteran hücumçunun da bu təklifə müsbət yanaşdığı bildirilir. 43 yaşlı mütəxəssisin "Milan"da işləmək üçün iki şərt irəli sürdüyü qeyd olunub. Birincisi, o, yalnız noyabrdan sonra bu vəzifəyə keçməyə razıdır. Çünki ona qədər Ukrayna yığmasının Avro-2020-nin seçmə mərhələ oyunları var. İkincisi, Şevçenko bir müddət həm yığmada, həm də "Milan"da işləmək niyyətindədir.

Qeyd edək ki, Andrey Şevçenko 1999-2006-cı illərdə "Milan"da çıxış edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar