Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qarabağ" - APOEL matçının hakimləri açıqlandı

Baxılıb: 565     Tarix: 21-10-2019 15:12   

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Filip Qlovaya, Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
31 yaşlı Filip Qlova 2016-cı ildən FIFA referisidir. Slovakiyalı hakim 2018-ci il martın 27-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə İrlandiyaya 0:1 hesabı ilə uduzduğu AVRO-2019-un seçmə matçını idarə edib.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar