Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

PFL xarici bukmeykerlə danışığı dayandırdı

Baxılıb: 631     Tarix: 01-11-2019 13:56   

Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqasının sponsorluğu ilə bağlı xarici bukmeyker kontoru ilə apardığı danışıqlar dayandırılıb.
Bu haqda Qol.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Qeyd edək ki, bu mövsümün əvvəli bir neçə il çempionatın sponsoru olmuş Topaz Premyer Liqaya sponsorluqdan imtina edib. Bundan sonra R.Musayev xarici bukmeyker kontorlarından biri ilə danışıqlar aparıldığını söyləmişdi. Lakin Azərbaycan qanunlarına əsasən, ölkə ərazisində mərc oyunları hüququ yalnız Topaza məxsusdur. Qanunla Azərbaycanda xarici bukmeykor kontorlarının təbliği və təşviqi qadağan edilir.
Əldə etdiyimiz xəbərə görə, Topazın yenidən Azərbaycan Premyer Liqasının sponsoru olacağı istisna edilmir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar