Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AFFA "Qarabağ"ı 2400 manat cərimələdi

Baxılıb: 557     Tarix: 26-11-2019 13:37   

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Report-un məlumatına görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib. Buna səbəb oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb.
Həmin görüşdə “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
İntizam Komitəsi "Səbail"in müdafiəçisi Adil Nağıyevi isə bir oyunluq cəzalandırıb. O, "Sabah"a 1:3 hesabı ilə uduzduqları matçda qırmızı alıb və klub bunun üçün 200 manat ödəməli olacaq.
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi "Səbail" 1600 manat cərimə olunur.
"Keşlə"nin oyunçusu Sezar Meza Kolli "Zirə"yə uduzduqları (1:3) görüşdə aqressiv davranışa görə qırmızı vərəqə alıb və 3 matçlıq cəzaya məruz qalıb. Komitə bu səbəbdən "Keşlə"ni 2400 manatlıq cərimələyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar