Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı

Baxılıb: 656     Tarix: 12-01-2020 16:28   

Kimya Əlizadə: “Mən İranda zülmə məruz qalan milyonlarla qadından biriyəm” İranın yeganə qadın olimpiya mükafatçısı Kimya Əlizadə ölkəsini tərk etdiyini və Avropaya sığındığını bəyan edib.
"İcazə verin başsağlığı ilə başlayım", deyən 21 yaşlı qız “İnstaqram” postunda verdiyi qərarın səbəbini izah edib: "Mən İranda zülmə məruz qalan milyonlarla məzlum qadınlardan biriyəm. Onlar nə vaxtdır ki, bizim taleyimizlə oynayırlar". “CNN”in xəbərində belə deyilir.
Kimya Əlizadə 2016-cı il Rio Olimpiadasında 57 kq. çəki dərəcəsində taekvondo üzrə bürünc medala sahib olub.
İranda "zəlzələ (sunami) " ləqəbi ilə tanınan Kimya xanım doğma ölkəsini Tehrandakı rejimə müxalif olduğuna görə tərk etdiyini açıqlayıb.
"Məni istədikləri yerə apardılar. Nə deyirdilər, onu geyirdim. Bizləri istismar etdirdilər”, deyə idmançı xanım yazır.
"Mən onlar üçün vacib deyildim. Heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirdik, biz onlar üçün alət idik". Kimya Əlizadə vurğulayır ki, molla rejimi medallarını bəyənsə də, seçdiyi idman növünü tənqid edirmiş: "Qadının fəziləti ayaqlarını uzatmaq (şpaqat) deyil! "
Bu barədə ilk xəbər cümə axşamı ortaya çıxıb, bəzi iranlılar onun hazırda Niderlanda olduğunu söyləyir. Ancaq idmançının hansı ölkədə olması bəlli deyil.
Cümə günü İran Taekvondo Federasiyasının rəhbəri Seyid Məhəmməd Pouladgar bildirib ki, Kimya Əlizadənin atası və məşqçisinə tətilə getdiyini deyib və tətil xərclərinin İran hökuməti tərəfindən ödənildiyini iddia edib. O, “xarici mediada yayılan siyasi motivli şayiələri” rədd edib.
Kimya Əlizadə şənbə günü yayılan şayiələri təsdiqləyərək, "riyakarlıq, yalan, haqsızlıq və yaltaqlıq masasında oturmaq fikrində olmadığını" və rejimin "korrupsiya və yalanlarında" iştirak etmək istəmədiyini söyləyib.
"Narahat ruhum sizin çirkli iqtisadi əlaqələrinizə və sıx siyasi lobbi xidmətlərinə uyğun gəlmir. Tək istədiyim şey taekvondo ilə məşğul olmaqdır. Təhlükəsiz və xoşbəxt və sağlam bir həyat istəyirəm". O, Avropaya dəvət olunmadığını da vurğulayıb.
O, bu qərarın olimpiya qızıl medalı qazanmaqdan daha çətin olduğunu söyləyib: "Mən harada olsam da, İranın qızı olaraq qalıram".
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus Kimya Əlizadənin Avropaya sığınmasına belə münasibət bildirib: "İran qadınlara güc və dəstək verməyi öyrənməyincə daha güclü qadınları itirəcək".

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar