Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"BANK SEKTORU YENİDƏN ÇƏTİN DÖVRƏ QƏDƏM QOYUR" - Qubad İbadoğlu

Baxılıb: 689     Tarix: 05-03-2020 14:11   

“Son 3 ayda fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat azalıb. Bunun başlıca səbəbi banklara olan etimadın azalmasıdır. Son 6 ayda AtaBank əmanətçilərinin qarşılaşdığı problemə Mərkəzi Bankın laqeyd münasibəti bu tendensiyanın daha da güclənəcəyini proqnozlaşdırmağa əsas verir”.
 Qanunvehedef.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
“Hələ üstəlik də son zamanlar dünya bazarında neftin qiymətinin ucuzlaşması da bank əmanətçilərində devalvasiya gözləntilərinin artmaqdadır. Bu o deməkdir, bank sektoru yenidən çətin və məsuliyyəli dövrə qədəm qoyur. Təbii ki, bu dövrə də ən böyük məsuliyyət də bu sektora nəzarət hüququnu tam ələ keçirən Mərkəzi Bankın üzərinə düşür.
Diqqət edin, 31 yanvar 2020-ci ildə Mərkəzi Bankı sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında nə deyib: "“Atabank” ASC-də yaranmış vəziyyətə dair təkliflər  hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcəyik. Bankla bağlı atılacaq addımlar ciddi olduğu üçün Şurada müzakirə ediləcək. Görüləcək tədbirlərin “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur. Bu bankda qorunmayan əmanətlər də var. Biz bank rəhbərliyinə dedik ki, hər bir müştəriyə bildiriş göndərilsin və onlar gəlib əmanətlərini sığortalasınlar”.
Üzərindən 1 ay 5 gün ötdü, hələ də Ata Bankın əmanətçilərinin taleyi ilə bağlı qərar yoxdur. Baxmayaraq ki, dünən "Əmanətlərin tam sığortalanması" barədə qərar da qüvvəsini itirdi. Bu isə vəziyyəti daha da gərginləşdirir, çünki, hazırda əmanətlər sığortasızdır. AtaBank-da "yananları" görənlər əmanətlərini digər banklarda da geri çəkməyə başlayıblar. Mərkəzi Bank da, Maliyyə Sabitliyi Şurası da susur. Baxmayaraq ki, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyev deyib "əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”. Mərkəzi Bankın laqeyliyi davam etdə yəqin ki, sürprizlər hələ çox olacaq. Çünki məsələ AtaBank məsələsi deyil, etimad məsələsidir. Odur ki, bank sektoruna etimadsızlıq yaradan AtaBank problemi təcili həll olunmalıdır, bank ya bağlanmalı, ya da başqası ilə birləşdirilməlidir, əks təqdirdə yenidən 2015-ci ildəki kimi maliyyə böhranı ilə üzləşə bilərik. Bunu Mərkəzi Bankın sədri də yaxşı bilir.
Məlum mətbuat konfrasında Elman Rüstəmov demişdir: “Biz istəyirik ki, bu proses mümkün qədər tez olsun. Çünki düşünürük ki, hətta bir insident, yəni hər hansı bankın ödəniş qabiliyyətini itirməsi belə, ümumilikdə sağlam olan maliyyə sektoru üçün reputasiya riski yaradır. Yəni bir banka görə əhalidə bütün maliyyə sektoru haqqında (mənfi) fikir yarana bilər. Ona görə də bu məsələyə çox qısa müddətdə baxılacaq".
"Müddət bitdi cənab Rüstəmov, əmanətlərin sığortalanması qanunun müddəti dünən başa çatdı. Nəyi gözləyirsiniz?” - Q.İbadoğlu qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar