Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Neftin qiyməti psixoloji həddi keçdi

Baxılıb: 601     Tarix: 06-05-2020 14:14   

Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollar civarında təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılması cəhdləri ilə bağlıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək:
“Dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti deyib ki, hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatı açılmalıdır. Xüsusən qədim qitə iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, “qara qızıl”a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar