Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Keçmiş deputatlığa namizəd azadlığa çıxdı

Baxılıb: 643     Tarix: 04-11-2019 14:59   

Dələduzluqda təqsirləndirilən Əli Ağaevli azadlığa çıxıb.
Qanunvehedef.az oxu.az-a istinadən xəbər verir ki, o, cəza müddəti başa çatdığı üçün saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Ona qarşı 500 min manata yaxın dələduzluq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov beş il və Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.
Xatırladaq ki, "Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar" İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
O, 2013-cü ildə "Yeni İslahatçılar" Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar