Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda "Kalaşnikov" gəzdirən şəxs saxlanıldı

Baxılıb: 608     Tarix: 12-01-2021 10:35   

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sonuncu belə tədbir Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.
Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar