Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Lukaşenko Rusiya ilə «yaxınlaşmaqdan» imtina edib – “Belə ittifaq Belarusa lazım deyil.…”

Baxılıb: 529     Tarix: 19-11-2019 09:44   

Belarus prezidenti Aleksandar Lukaşenko bəyan edib ki, konstitusiya və fundamental prinsiplərlə ziddiyyət təşkil edən heç bir inteqrasiya sənədini imzalamayacaq («BelTA»).
Onun sözlərinə görə, Belarus üçün başlıca prinsiplər müstəqillik və suverenlikdir. Prezident əlavə edib ki, karbohidrogen tədarükü və Rusiya bazarlarının Belarus məhsullarına açılması üzrə prinsipial məsələlər həll olunmayınca, «yol xəritələri» imzalana bilməz.
Belarus hər il 9 milyard dollar itirir. Bu pullar Rusiya bazarlarında qazanılmalıdır. «Bizim qarşımıza maneələr çəkiblər və yeni şərtlər «sırıyırlar»» – deyə, prezident əlavə edib və bildirib ki, belə ittifaq Belarusa lazım deyil.
Lukaşenko izah edib ki, Rusiya ilə döyüşmək niyyətində deyil – necə ki, ABŞ Çinlə döyüşür. Amma Minsk təsərrüfat subyektləri üçün bərabər şərait tələb edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar